AZ
Video yüklə

Gediş haqqı endirilir

558 baxış Sosial xəbərlər
"Azərbaycan Dəmir Yolları" QSC fevralın 4-dən Bakı-Gəncə sürət qatarının hərəkət qrafikini və gediş haqqını dəyişir.

BiG.AZ quruma istinadən xəbər verir ki, gələn həftədən qatar hər gün saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək.

Qatarın yolda olma vaxtı isə əvvəlki kimi 4 saat 26 dəqiqə deyil, 4 saat 15 dəqiqə təşkil edəcək.
Bundan başqa, standart vaqonlarda gediş haqqı qiymət 15 manatdan 10 manata endiriləcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.