AZ
Video yüklə

Ev alıb evsiz qalanlar...

70 baxış Sosial xəbərlər
Bakıda yeni tikilən binaların sayı 1600-ü keçib. Təbii ki, hələ inşası başa çatmayanlar da var. Tikilməkdə olan bu binalardan mənzil almaq üçün vətəndaşlar bir çox hallarda min bir əziyyətlə topladığı pulu qəpiyinə qədər yığıb verir. Bəzən az keçmədən həmin mənzilin bir neçə nəfərə satıldığı ortaya çıxır. İkiqat ziyana düşən vətəndaş da başlayır vəziyyətdən çıxış yolu axtarmağa. Elə müsahibimiz kimi... Buna səbəb tikinti şirkətlərinin fəaliyyətinə nəzarət mexanizminin olmamasıdır. Bəzi dəllallar da bundan sui-istifadə edərək mənzili iki və ya daha artıq şəxsə satmaqla əlavə qazanc əldə etməyə çalışırlar. Azərbaycanda mənzillərin satılma mexanizmi 2 üsulla - korparativ və notariat qaydada həyata keçirilir. Ekspertlər deyirlər ki, korparativ üsul daha asan başa gəldiyindən bazarda əsasən bu mexanizm işləyir. Qayda belədir ki, tikinti şirkətləri vətəndaşla müqavilə imzalayıb pullarını əvvəlcədən alırlar. Sonra da bir mənzili bir neçə nəfərə satırlar. İş məhkəməyə qədər gedib çıxsa da, çətin duruma düşən vətəndaşın hüquqlarını belə hallarda hüquqşünaslar da müdafiə edə bilmirlər. Çünki mənzil satan MTK vətəndaşla müqavilə bağladıqda bəzən evin kvadratı və dəyərini düzgün göstərmir. Bununla da dəllaların şirin vədlərinə aldanan vətəndaş ortaya fakt qoya bilmir. Beynəlxalq təcrübəyə görə, tikinti şirkətlərinin qarşısına bu istiqamətdə müəyyən tələblər qoyulur. Elə qonşu Rusiyada ev tikən şirkət vəd etdiyi vaxta qədər mənzili tikib vətəndaşa təhvil verməsə, şirkət rəhbərliyi məhkəmə qarşısında cavab verməli olur, ya da əmlak ondan alınaraq başqasına verilir. Qısası, tikinti şirkətlərinin üzərində nəzarət mexanizmi olduğundan onlar heç bir yanlışlığa yol vermirlər. Çoxmənzilli yaşayış binası tikmək istəyənlər əvvəlcə torpağı Reyestr Xidmətindən keçirib sonra binanın layihəsini təsdiq etdirəcəklər. Binanın özülü qazılandan sonra da natarial qaydada müqavilə bağlanacaq və tikilinin satışına başlanacaq. Bina Qəbul Komissiyasına təhvil verilib, hüquqi sənəd əldə etdildikdən sonra mənzil alan şəxs yerdə qalan 5 faizi qarşı tərəfə ödəyəcək. Bunun da bir sıra üstünlükləri olacaq. Bu məsələdə risklər də gözə alınıb. Mənzil şirkəti bu və ya digər səbəblərdən tikintini başa çatdıra bilməsə, vətəndaşların pulunu avtomatik qaytara biləcək. Bu, qəhrəmanımız kimi mənzili bir neçə nəfərə satılan şəxslərə şamil olunmayacaq. Çünki qanun 2 noyabr 2017-ci ildən qüvvəyə minib. Buna görə də yeni qaydalar da həmin tarixdən sonra tikiləcək binalara şamil ediləcək. Qaydaların icrasına isə iyulun 1-dən başlanacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.