AZ
Video yüklə

Ərdoğan Xocalı barəsində danışdı

49 baxış Sosial xəbərlər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində Azərbaycan şəhidlərinin xatirəsini yad edib.

A24.az xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında çıxışı zamanı Xocalı soyqırımına toxunub.

Çıxşı zamanı Ərdoğan bildirib:

“Bu gün 26 il öncə Xocalı faciəsində şəhid olan bütün azərbaycanlı qardaşlarımızı təzim və rəhmətlə anıram. Dağlıq Qarabağdakı Xocalı şəhərində uşaq, qadın, yaşlı demədən vəhşiçəsinə öldürülənlər günahsızlara rəhmət diləyirəm.

Dünyada ən vəhşi qətliamı axtaran varsa, bilsin ki, bu Xocalıdır. Lakin dünya bunu görmək istəmir. Çünki onlar ölən müsəlmandırsa, hətta türkdürsə, görməzdən gəlirlər. Onlar unutsa da, biz bunu unutmayacaq və unutdurmayacağıq.”

“Xocalı qətliamı zamanı şəhid olanları, Azərbaycanın bütün şəhid qardaşlarımızı rəhmətlə yad edirik” – deyərək R.T.Ərdoğan çıxışını tamamlayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.