AZ
Video yüklə
Əhaliyə şad xəbər - Pulsuz veriləcək

Bu video hazırda oynadıla bilmir.

Əhaliyə şad xəbər - Pulsuz veriləcək

773 baxış Sosial xəbərlər
Mülkiyyət sənədləri olmayan pay torpaqlarına çıxarışlar veriləcək.

Proses dövlət hesabına həyata keçiriləcək.

Oxu24.com xəbər verir ki, Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nigar Alimova məlumat verib.


Onun sözlərinə görə, Prezident İlham Əliyev bu ilin oktyabrında sözügedən məsələ ilə bağlı fərman imzalayıb.

Nigar Alimova deyib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları "ASAN xidmət"in səyyar nəqliyyat vasitələri ilə kəndlərdə səyyar qəbullar keçirəcək. Vətəndaş heç bir ödəniş etmədən, sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə dövlət hesabına öz pay torpağına sənəd ala biləcək.

Nigar Alimova onu da bildirib ki, 2025-ci ildən başlayaraq fermerlərə subsidiyalar yalnız Dövlət Reyestrindən çıxarışlar əsasında veriləcək. Ona görə də bu tarixə qədər müraciətlərin başa çatıdırılması məqsədəuyğundur.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.