Dollarla bağlı VACİB QƏRAR verildi
1 013 baxış
Sosial xəbərlər
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 1-1,25%-dən 0-0,25%-ə endirib.
Oxu24.com publika.az-a istinadən xəbər verir ki, Federal Ehtiyatlar Sistemi koronavirusun iqtisadiyyata vura biləcəyi ağır fəsadların qarşısını almaq, ölkə iqtisadiyyatının inkişafını və dolların mövqeyini möhkəmləndirmək üçün belə qərar qəbul edib. Sonuncu dəfə mart ayının 3-də Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 1,75-1,50-dən 1-1,25%-ə endirib.
Qeyd edək ki, Federal Ehtiyatlar Sistemi son illərdə ilk dəfədir uçot dərəcəsini kəskin şəkildə endirir. Koronavirusun iqtisadiyyata vurduğu fəsadlara görə faiz dərəcəsinin azaldılmasının vacibliyi barədə dəfələrlə çağırış edən prezident Donald Tramp bu qərarı böyük məmnunluqla qarşılayıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.