Doğuş zamanı əkiz körpələr öldü
45 baxış
Sosial xəbərlər
Lənkəran rayonunda doğuş zamanı əkiz körpələr ölüb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.
Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb və buna görə də həkimlər körpələrin 7 aylıq dünyaya gətiririlməsinə qərar veriblər. Körpələrdən biri qız, biri oğlan olub. Doğuş zamanı əkiz körpələr dünyasını dəyişib. Körpələrin meyiti ekspertizaya verilib.
Məlumata görə, bir il öncə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.