Direktorlar işsiz qala bilər
22 baxış
Sosial xəbərlər
Gürcüstanda yaşayan etnik azlıqların çox hissəsini azərbaycanlılar təşkil etdiyindən yeni qərardan daha çox soydaşlarımız nigarandır. Yeni tələbdə şərt gürcü dilidir. Belə çıxır ki, əsas gürcü dili götürülür, başqa dilin isə əhəmiyyəti yoxdur? Sual həmvətənlilərimizi narahat edir. Onlar Azərbaycan dilini bilməyən bir direktorun Azərbaycan dilli məktəblərə rəhbər təyin olunmasını məqbul hesab etmirlər. Və ya sakinlər düşünür ki, direktorlara gürcü dilini öyrənmələri üçün zaman verilməli, onlar xüsusi kurslara cəlb edilməlidir. Təhsil ocaqlarında rəhbər vəzifəyə gənc kadrların təyin olunması məsələsi də gündəmdədir ki, soydaşlarımız bu posta yalnız azərbaycanlı gənclərin seçilməsinin tərəfdarıdır. Gürcüstan parlamentiinin Elm və Təhsil Nazirliyinin komitə üzvü Ruslan Hacıyev də əminliklə bildirir ki, sözügedən məktəblərə azərbaycanlı kadrların direktor təyin olunmasında heç bir problem yoxdur. Əslində sözügedən qərar artıq bir neçə ildirki qəbul olunub. Sadəcə hazırlıq işləri ilə bağlı icrasına bir az gec, yəni bu ildən başlanılacaq. Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində 10-a yaxın məktəbin direktor vəzifəsi boşdur və ilkin mərhələdə məhz həmin təhsil ocaqlarında bu postun tutulması ilə bağlı müsabiqə elan olunub. Gürcüstanda bu ildən məktəb direktorlarının sertifikatlaşdırılması da həyata keçiriləcək.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.