AZ
Video yüklə

DİN-dən görüntüləri yayılan uşaqlarla bağlı - Açıqlama

3 949 baxış Sosial xəbərlər
Sosial şəbəkələrdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb.

“İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızdan tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq” - DİN-in açıqlamasında qeyd olunur.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.