AZ
Video yüklə

Dəstək paketi 20 min nəfəri əhatə edir

6 baxış Sosial xəbərlər
S.Babayev: Hədəf reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir

“Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, yaralanmış hərbçilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı geniş sosial dəstək tədbirləri həyata keçirilir. Bu dəstək paketi artıq 20 mindən çox insanı əhatə edib”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

S.Babayev bildirib ki, Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya hərbi qulluqçuları birgə əyani müayinədən keçirir.

“Artıq 200-ə yaxın qazimizə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Bu təyinatla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, yəni elektron sistem üzərindən təyin olunur.

645 nəfərin haqqı ödənilən ictimai işlər, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramlarından da istifadə edilməklə məşğulluq məsələlərinin operativ həll olunduğunu bildirib. Həmçinin Reabilitasiya Müəssisələrində artıq 500 qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərildiyini qeyd edib”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.