AZ
Video yüklə

Dəhşətli yol qəzası, iki məşhur meyxanaçının ölümü...

120 baxış Sosial xəbərlər
Məşhur meyxana ustadı, qəzəlxan, nəğməkar şair Nizami Rəmzinin anım günüdür.

1947-ci il dekabrın 20-də Bakının Yasamal rayonunda dünyaya gələn meyxanaçı 1997-ci il yanvarın 19-da Bakı şəhəri 28 May prospektində dostu, meyxana ustası Kəbir Azəri ilə birgə avtomobil qəzasında həlak olub.
Nizami Rəmzi 176, 158 və 159 saylı məktəblərdə orta təhsil alıb, 1967-ci ildə Ticarət texnikumunu bitirib.

Nizami Rəmzi 1988-ci ildə "Meyxana" folklor ansamblının yaradıcısı olub, meyxananı adi toy, el şənliklərindən böyük sənət ocaqlarına, səhnələrə çıxarıb. İlk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında (1989) və Heydər Əliyev Sarayında meyxana janrını geniş auditoriya qarşısında nümayiş etdirib.

Meyxanaçılar arasında ilk dəfə kinofilmə ("Qəzəlxan") və sənədli filmə ("Göy qurşağı") çəkilib. Xarici ölkələrə də meyxananı ilk dəfə Nizami Rəmzi çıxarıb. O, həmçinin Türkiyə, Rusiya, Gürcüstan, İran, Özbəkistan, Almaniya və digər ölkələrdə meyxana söyləyib.

Nizami Rəmzi R.Behbudov adına Dövlət Mahnı Teatrı ansambılının müşayiəti ilə lentə almış, ilk dəfə "caz-meyxana"nın təməlini qoyub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.