AZ
Video yüklə

Daha 100 qazi aktivlərlə təmin olunub

4 baxış Sosial xəbərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir.

Bu gün də Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən bir qrup qazi proqram çərçivəsində seçdikləri biznes istiqamətlər üzrə mal və materiallarla təmin olunublar. Verilmiş avadanlıqlar hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Son 1 həftə ərzində isə Agentlik tərəfindən bu kateqoriyadan olan 100-ə yaxın şəxsə aktivlər təqdim edilib.

Ümumilikdə Agentlik tərəfindən cari ilin ötən dövrü ərzində 1006 şəhid ailəsi üzvü, qazi və onun ailə üzvünün özünüməşğulluq proqramına cəlb olunması və onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib.

Qeyd edək ki, proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.