AZ
Video yüklə

Çörəyini daşdan çıxaran usta

27 baxış Sosial xəbərlər
Qaracayevlər ailəsini Qazax və ətraf rayonlarda demək olar ki, tanımayan yoxdur. Ata hazırladığı su süzən daşlar, oğul isə düzəltdiyi musiqi alətləri ilə ad-san qazanıblar. Müasir texnikanın inkişaf etdiyi dövrdə su süzən daşların hazırlanması ilə məşğul olanlar elə də çox deyil. Amma Musa Qaracayev böyük zəhmət tələb edən işinin öhdəsindən məharətlə gəlir.Usta xammal kimi dağlardan qopardığı daşlardan istifadə edir. Dediyinə görə, onun əl işinə tələbat çoxdur. Daşdan süzülən su həm sərin, həm də təmiz olur. Lakin mütəmadi olaraq ona qulluq göstərilməli, vaxtlı-vaxtında içərisi təmizlənməlidir ki, ömrü uzun olsun. Musa dayının hazırladığı su daşlarının qiyməti ölçüsündən asılı olaraq 50-300 manat arası dəyişir. Musa dayının xüsusi qabiliyyəti, sənətə sevgisi oğlu Zaura da keçib. Atasının hər işində ona yardımçı olan Zaur daha çox zərb alətlərini düzəltməklə məşğuldur. Ölkəmizdə zərb çalğı alətlərinin kökləri çox-çox qədimlərə gedib çıxır. Bu dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaradıblar. Zərb alətləri ağac, dəri və başqa materiallardan hazırlanır. Zaur davul, nağara, dəf kimi alətlərin hazırlanması üçün materialı özü seçir. Onun düzəltdiyi alətlərin alıcıları da az deyil. Ətraf rayonlardan, hətta qonşu Gürcüstandan da sifariş qəbul edir. Musiqi alətlərinin qiyməti 120-200 manat arasında dəyişir. Zaur Qaracayev həm də musiqi alətlərinin mahir ifaçısıdır. Araya-ərsəyə gətirdiyi əl işini də elə ilk özü sınaqdan keçirir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.