Çörək israfının qarşısı alınmalıdır
52 baxış
Sosial xəbərlər
Rusiya və Ukrayna dünyada ciddi payı olan taxıl istehsalçılarıdır. Buğdanın qlobal ixracının 29,qarğıdalı ixracının isə 19%-i bu ölkələrin payına düşür. Regiondakı hərbi-siyasi vəziyyətin təsiri ilə Rusiya və Ukraynanın kənd təsərrüfatı, eləcə də ərzaq məhsulları üzrə istehsal və ixracında qeyri-sabitliyin yaranması, üstəlik logistika şəbəkələrinin fəaliyyətində pozuntuların qeydə alınması qlobal buğda bazarında kəskin böhrana gətirib çıxarıb. Cari ilin yanvar-iyun aylarında 401 min ton buğda idxal olunub. 2021-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycana idxal olunun buğdanın həcmi 0,5 faiz azalıb, dəyəri isə 40 faiz artıb. 2022-ci ilin iyul ayında ölkəyə idxal edilən ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti isə 696,53 manat təşkil edib. Belə olan halda ərzaqlıq buğdadan hazırlanan məhsullara, xüsusilə çörəyə qənaət məsələsi yenidən gündəmə gəlir.
Səhərlər məhəllələrdən keçərkən iri zibil qutularının dəstəklərindən asılmış içərisində çörək olan salofan torbaları gördükdə hər birimizi təəssüf hissi bürüməlidir. Həmin torbalardakı bütöv və yarımçıq çörəklərin bir qismi nisbətən təzə olsa da digər hissəsi göyərmiş və kiflənmiş olur. Ürəkdağlayan bu vəziyyət, demək olar ki, hər gün təkrarlanır. Bir qisim insanlar çörəyi zibilliyə atmasının səbəbini həddən artıq israfçılıqla, bir qisim isə onun çəkisinin çox olması ilə əlaqələndirir.
Mağazalarda çörəyin istehsal olunduğu zavoddan asılı olaraq 350-400 qramlıq 50 qəpik, 600-700 qramlıq isə 70 qəpiyə təklif olunur. İsrafçılığı yaradan əsas səbəblərdən bir digəri isə çörəyin digər ərzaq məhsullarına nisbətən əlçatan olmasıdır. Çox zaman insanlar lazım olduğundan daha çox çörək alaraq öz gündəlik çörək tələbatını düzgün hesablaya bilmirlər.
Mütəxəssislər israfçılığın qarşısını almaq üçün əhali arasında təbliğat işlərinin aparılmasını vacib sayır. Analoji təcrübənin Azərbaycanda da tətbiqi vacib sayılır. Əks halda zibil qablarınaatılan çörəklərin həcmi artmaqda davam edəcək. Bütün bunlar isə heç də müsbət qarşılanan hal sayılmır və cəmiyyətin özünün də məsələyə lazımi reaksiyasını təmin etmək üçün maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.