AZ
Video yüklə

Cəlilabad sakinləri qan verib yaşatdılar

4 baxış Sosial xəbərlər
Səhiyyə Nazirliyinin müvafiq göstərişinə əsasən Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstititunun əməkdaşlarının iştirakı ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib. Aksiyaya könüllü qoşulan vətəndaşlar arasında müxtəlif yaş qrupuna aid insanlar iştirak ediblər. Burada toplanan qanlar qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində təmənnasız istifadə olunacaq.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Valeh Məmmədov: “Qanvermə aksiyasına 500 nəfər vətəndaş cəlb olunmuşdur. Hal-hazıra qədər 250 nəfər qan vermişdir. Toplanan qanlar Bakıda Qan Bankında müvafiq müayinədən keçdikdən sonra Respublika üzrə talassemiya, hemofiliya və digər qrup xəstəliklərdə istifadə olunacaq.”

Aksiya iştirakçısı Zaur Zakirov: “Mən belə düşünürəm ki, həm özümüzə xeyirdir həm cəmiyyətimizə xeyirdir. Hər kəsi səsləyirəm, kimin imkanı varsa gəlsin.”

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.