AZ
Video yüklə

Canavarlar Çuxur Qəbələ kəndində hücum edib, tələfat var

30 baxış Sosial xəbərlər
Qəbələdə canavarlar şəxsi təsərrüfata hücum edib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Qəbələ rayonunun Çuxur Qəbələ kəndində gecə saatlarında baş verib.


Əsgər Abdurrəhmanov gecə gələn səs -küyə ayılıb. Tövləyə baxanda qoyunların tələf olduğunu görüb. Canavarlar tövləyə soxularaq 42 baş xırdabuynuzludan 24-ü parçalayıb.


Yerli sakinləri deyir ki, kənddə belə hallar tez-tez baş verir.


Qəbələ rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər. 24 baş cəmdək basdırılıb. Qalan qoyunlara yardım göstərilib, ərazi dezinfeksiya olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.