AZ
Video yüklə

Bu qəsəbədə tıxac problemi həllini tapdı

1 048 baxış Sosial xəbərlər
Bakının Xəzər rayonu, Binə qəsəbəsindəki Əli İsazadə küçəsində işıqfor qoyulub. Avtosfer.az xəbər verir ki, uzun müddətdir ki, qəsəbənin mərkəzində tıxaclar yaranırdı. Səbəb isə piyada keçidi idi. İntensiv axın olduğu üçün piyada keçidindən daim istifadə avtomobillərin gözləməsi ilə nəticələnirdi. Xüsusilə pik saatlarda tıxacın uzunluğu bəzən 1 km çatırdı. Artıq bir neçə gündür ki, həmin ərazidə işıqfor quraşdırılıb. Nəticədə piyada və avtomobillərin keçidi üçün növbəlilik prinsipi yaranıb. Artıq ərazidə uzun tıxaclar müşahidə olunmur.



Videonu təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.