Bu çimərliklər istifadəyə verilib
501 baxış
Sosial xəbərlər
Dünəndən etibarən Azərbaycanda çimərlik mövsümü açıq elan edilib. Xezerxeber.az-ın məlumatına görə, İDEA İctimai Birliyi tərəfindən Xəzər dənizi sahilində müxtəlif ərazilərdə yaradılan 6 ictimai çimərlik vətəndaşların üzünə açılıb. İctimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə tamamilə ödənişsizdir. Artıq dünəndən etibarən vətəndaşlar çimərliklərə üz tutmağa başlayıblar. Çimərlikdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, insanların sosial məsafə saxlamaları üçün ərazi boyu baryerlər çəkilib, dezinfeksiya dispenserləri qoyulub, karantin və təhlükəsizlik qaydalarına, eləcə də təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb. İctimai çimərlikdə abadlıq işləri aparılıb, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar quraşdırılıb. Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və şezlonqlar, ərazi boyunca zibil konteynerləri yerləşdirilib. Qeyd edək ki, ölkə ərazisində çimərlik mövsümü iyunun 15-də açılmalı idi. Ancaq həftə sonu və birinci gün sərt karantin rejmi tətbiq edildiyindən bu tarix 16 iyuna dəyişdirilib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.