AZ
Video yüklə

Bəzi eşitmə qüsurlu uşaqların problemi həll edildi

50 baxış Sosial xəbərlər
Heydər Əliyev Fondunun himayəsilə 200-dən çox uşağın eşitmə qüsuru həll edilib Bu uşaqlar eşitmə qüsurlu olublar, indi gördüyünüz bir neçə mərhələdən sonra eşidiblər. Neçə çətin mərhələlərdən ibarət müalicə prosesi olduğu görünür. Uşağın danışması isə sonuncu mərhələdir, Çünki uşaqda eşitmə problemi olduğundan sözləri eşitməyib, ona görə danışmağı da bilmir. Hətta 3 ildir adını bilməyənlər olur. Yeri gəlmişkən, Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu şəxslər üzərində növbəti Koxlear implantasiya əməliyyatları başa çatıb. Anadangəlmə və qazanılmış eşitmə qüsuru olan bu şəxslər əksəriyyəti uşaqlar olmaqla müxtəlif yaş kateqoriyalarındadır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ilkin olaraq eşitmə qüsuru olan şəxslərin pulsuz muayinələri təşkil edilir, daha sonra təyinatı olan şəxslər əməliyyata cəlb edilir. Görünür ki, H.Əliyev Fonduma müraciət edənə kimi valideynlər müxtəlif aparatlardan istifadə edərək uşaqların eşitmə qüsurunu aradan qaldırmağa çaışıblar, amma bu alınmayıb, effekt uğursuz olub. Deməli H.Əliyev Fondunun dəstəyi ilə koxlear implant tətbiqi xüsusi bir qurğudur, baxaq görək bu qurğuların xüsusiliyinə. Yeri gəlmişkən, Mütəxəssislər anadangəlmə eşitmə qüsurlu şəxslərdə əməliyyatın erkən yaşlarda aparılmasını daha səmərəli olduğunu qeyd edirlər. Əvvəldə də nümayuiş etdirərərk qeyd etdik ki, cərrahi əməliyyatdan sonra implant qurğunun səslərinin hər uşağa görə tənzimlənməsi olur. Daha sonrakı mərhələ eşitmə qüsuru olanların danışıq, ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir, məsələn üçəm olan bu qızlardan biri Koxlear implantasiyadan sonra danışıq, sözlərin tələffüzü mərhələsindədir Xatırladaq ki, Heydər Əliyev Fondu “Koxlear implantasiya” proqramını 2015-ci ildə həyata keçirib. Sonrakı dövrdə Fondun dəstəyi ilə koxlear implantasiya əməliyyatları davam etdirilib. Bu günədək Fondun proqramı çərçivəsində ölkə üzrə 200-dən çox şəxs koxlear implantasiya əməliyyatına cəlb olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.