AZ
Video yüklə

Bakıda yarmarkalar başlayır — Ünvanlar açıqlandı

184 baxış Sosial xəbərlər
Novruz bayramı ilə əlaqədər Bakı, Sumqayıt şəhərlərində və digər bölgələrdə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları fəaliyyət göstərəcək. Artıq yarmarkaların təşkil ediləcəyi yerlər də məlumdur. Yarmarkadakı qiymətlər bazar qiymətlərindən 20-30 faiz ucuz olacaq.

Novruz bayramı ilə əlaqədər olaraq 4 gün ərzidən kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək. Yarmarkalar müxtəlif şəhərlərdə fəaliyyət göstərəcək.

Bakı ilə yanaşı bölgələrdə, eləcə də Sumqayıt şəhərində 12-ci mikrorayon ərazisində və köhnə avtovağzalın yanında da yarmarkalar olacaq. Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə yarmarkalarda nazirliyin operativ qrupları və məhsulların keyfiyyətini nəzarətdə saxlamaq üçün laboratoriyalar fəaliyyət göstərəcək.

Fermerlərin məhsullarını yarmarkada sata bilmələri üçün şərait yaradılacaq. Bu məqsədlə aqrar məhsulların satışı ilə məşğul olan şəxslər bölgələrdəki idarələrə müraciət etməlidir.

Yarmarkada neqativ halla qarşılaşacaq vətəndaşlar nazirliyin 16-52 saylı qaynar xəttinə müraciət edə bilərlər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.