Sosial platformalarda “youtuber” Deniz Aksoy adı ilə tanınan Türkiyə vətəndaşı Deniz Hocaoğlu bir neçə gün öncə Bakıda "Ford Mustang" markalı avtomobil icarələyib. Şirkət də sifarişi çatdırılma xidməti ilə Aksoyun qaldığı otelə təhvil verib.
Sözügedən şəxs avtomobili istifadə etdikdən sonra “yanacağım bitdi” bəhanəsi ilə zədələdiyi avtomobili təhvil vermədən, elə yolun ortasındaca buraxaraq qaçıb.
Şirkət maşını tərk edildiyi yoldan götürdükdə məlum olub ki, avtomobillə qəza törədib, çoxsaylı cərimələr yazılıb.
Şirkətin nümayəndəsi də türk vətəndaşı ilə əlaqə saxlayıb dəymiş ziyanın ödənilməsini
tələb etdikdə əvvəlcə "mən ödəyərəm"deyib, ardınca isə "işim var, azəri xanımla əylənirəm, sonra gələcəm” kimi nalayiq ifadə işlədib.
Bir neçə gün öncə Azərbaycanı tərk edən Aksoyun törətdiyi əməl ilə bağlı dərhal polisə məlumat verilib.
Redaksiyamıza sözügedən şəxslə bağlı şikayət ünvanlayan şirkət sahibi bildirir ki, Dəniz Hocaoğlu adlı bu şəxs Adanada yaşayır. Qızlarla 200-300 manat qarşılığında youtube kanalı üçün videolar çəkib paylaşır.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.