AZ
Video yüklə

Bakıda tikilən binalar neçə ballıq zəlzələyə davamlıdır?

13 baxış Sosial xəbərlər
Ötən gün Türkiyənin İstanbul şəhərində 5,7 bal gücündə zəlzələ baş verdi. Xoşbəxtlikdən bina dağıntısı və insan tələfatı olmadı.

Odur ki, təbii hadisə binaların davamlılığı məsələsini yenidən gündəmə gətirib. Bəs Bakıda tikilən yeni binalar neçə bal gücündə zəlzələyə davamlıdır?

Xezerxeber.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib ki, Bakıda dövlət nəzarəti ilə əhatə olunan bütün binalar minimum 8 bal gücündə zəlzələyə davamlıdır.

Onun sözlərinə görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hər bir binanın tikintisi üçün öncədən yoxlamalar həyata keçirir. Yoxlamalar zamanı ərazinin geoseysmik göstəriciləri də mütləq şəkildə nəzərə alınır. Ərazinin seysmik göstəricilərinə uyğun olaraq layihə icraçısı qarşısında tələblər qoyulur.

Elxan Əsədov əlavə edib ki, bəzi ərazilərdə zəlzələyə davamlılıq 9 bal təyin edilib. Tələblərə uyğun olmayan tikinti layihələrinin icrasına isə yol verilmir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.