Bu video hazırda oynadıla bilmir.
Bakıda məktəblər bağlanır? - Təhsil İdarəsindən açıqlama
760 baxış
Sosial xəbərlər
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində əyani tədrisin dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Metbuat.az-ın məlumatına görə, idarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov yayılan xəbərlərin yalan olduğunu deyib.
“Yanlış məlumat yayanların yeni cəhdləri əvvəlkilərdən fərqlənmir. Əsassız olaraq rəsmi atributlar fonunda saxta informasiya yayanlar, çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar", - qurum rəsmisi bildirib.
Qeyd edək ki, BŞTİ-nin adından yayılan məlumatlarda aprelin 2-dən 14-dək koronavirusa yoluxma hallarının artması səbəbindən məktəblərdə əyani tədrisin dayandırılacağı və dərslərin distant formada davam etdiriləcəyi iddia olunub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.