AZ
Video yüklə

Bakıda ağaclar çox budanır? - Rəsmi cavab

21 baxış Sosial xəbərlər
Paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində bir neçə gün öncə ağacların budanması işləri həyata keçirilib.



Sakinlərdən biri görülən bu işləri videoya çəkərək Metbuat.az-ın Votsap nömrəsinə göndərib və iddia edib ki, ağaclar çox budanıb.



Müraciətlə bağlı Metbuat.az-ın sorğusuna cavab verən Bakı şəhər icra hakimiyyəti Yaşıllaşdırma təsərrüfatı birliyinin şöbə rəisi Orxan Məmmədov bildirib ki, həmin ünvanda olan ağaclarda aqrotexniki qaydalara əməl olunmaqla cavanlaşma, budama, sanitar təmizləmə işləri aparılıb:



“Heç bir qeyri-qanuni iş görülməyib. Mövsümündə ağacın budanmasıyla bağlı birbaşa səlahiyət Yaşıllaşdırma Təsərrüfatı Birliyinin üzərindədir. Ağacın budanması aksiyadır. Küçənin yaşıllıq zolağı bizim balansımızdadır.



Ağaclar budanmayanda sınıb, hansısa bir avtomobilin üzərinə düşür. Nəticədə insanlar bizə şikayət edir. Budayan zaman isə video çəkilərək mediada işıqlandırılır. Həmin küçədə ağacları budayarkən 1 gün yolu bağlamışıq, Səbail rayon İcra Hakimiyyətinin işçiləriylə birlikdə əziyyət çəkmişik. Bu, bizim işimizdir, görməliyik."

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.