Bu video hazırda oynadıla bilmir.
Azərbaycanda pensiya alanların nəzərinə!
1 348 baxış
Sosial xəbərlər
Respublika üzrə fevral ayının pensiya ödənişi bu gün tam yekunlaşıb.
Gundem.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Məlumata görə, fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş pensiyalar ödənilib.
Qeyd edək ki, 2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib.
Bundan başqa, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayının pensiyasının üzərinə əlavə olunub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.