Azərbaycanda meşə yanğınları baş verib
17 baxış
Sosial xəbərlər
Astara, Lənkəran və Lerik rayonları ərazisində yüksək dağ massivində aparılan yanğınsöndürmə işləri başa çatıb. Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, yanğınlar nəticəsində \"Hirkan” Milli Parkının ərazisində və meşə fonduna aid ərazilərdə kol-kos, quru ot və qurumuş ağac kötükləri yanıb. Milli parkın və meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin qüvvələri və yerli əhali cəlb edilib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.