AZ
Video yüklə

Azərbaycanda əhaliyə bəd xəbər!

2 233 baxış Sosial xəbərlər
Azərbaycan Mərkəzi Bankı ilin sonunda inflyasiyanın 6%-ədək yüksəlcəyini proqnozlaşdırır. İnflyasiya səviyyəsinə başlıca təsiri ərzaq qiymətlərinin artımı göstərir.







"Dəqiqləşdirilmiş proqnozlara görə cari ilin sonuna qədər inflyasiyanın hədəf diapazonunda (4±2%) olacağı, lakin, daxili tələbin genişlənməsilə bağlı ilin sonuna onun hədəf intervalının yuxarı hissəsində formalaşacağı gözlənilir".







"Marja" xəbər verir ki, bu, faiz qərarı ilə bağlı Mərkəzi Bankın yaydığı press-relizdə deyilir.







Qeyd edilib ki, İdarə Heyətinin monetar siyasətə həsr olunmuş axırıncı toplantısından sonra mövsümi amillərin təsiri ilə deflyasiya qeydə alınmış, qiymətlərin ümumi səviyyəsi iyunda 0.5% aşağı düşmüşdür. 12 aylıq inflyasiya hədəf diapozonunun mərkəzindən aşağıda olmaqla 2.9% təşkil etmişdir.







İnflyasiya səviyyəsinə başlıca təsiri ərzaq qiymətlərinin artımı (4.3%) göstərir. Tərəvəz məhsullarının, aksizli malların qiymət artımları ərzaq inflyasiyasının səviyyəsini şərtləndirən başlıca amillərdir. Qeyri-ərzaq (1.3%) və xidmətlər üzrə illik qiymət artımı (2.3%) inflyasiya hədəfi diapozonunun mərkəzindən aşağıda formalaşmışdır.







Məcmu tələbin genişlənməsi şəraitində anti-inflyasyon monetar şərait, habelə ikitərəfli və çoxtərəfli məzənnələrin dinamikası inflyasiya təzyiqini səngidir.







"Real sektor monitorinqinin nəticələrinə əsasən iyunda qiymət gözləntiləri əvvəlki aya nəzərən ticarət və tikinti sektorlarında azalmış, qeyri-neft emal sənayesində və xidmət sahələrində isə artmışdır. Ev təsərrüfatları arasında iyun ayında aparılan sorğunun nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlər azalmaqda davam edir və onların payı cəmi 2.3%-dir. Bununla belə aparılmış təhlillər inflyasiya gözləntilərinin həssas və asimmetrik olduğunu göstərir.





2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı, daxili tələbin genişlənməsilə bağlı ilin sonuna onun hədəf intervalının yuxarı hissəsində formalaşacağı proqnozlaşdırılır",- Mərkəzi Bankdan bildirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.