Azərbaycanda bu qadağan edilir!
208 baxış
Sosial xəbərlər
Cibimizə uyğun, lakin sağlamlığımıza zərərli olan, gündəlik həyatımızda demək olar ki, tez-tez istifadə etdiyimiz bu plastik qabların satışına iyulun 1-dən etibarən qadağa qoyulacaq. Əvəzində isə şüşə və karton materiallardan olan məhsulların istifadəsinə üstünlük veriləcək.
Əksər mağazalarda artıq bu gündən etibarən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq və boşqablar yığışdırılıb, yerinə alternativləri qoyulub:
Ekologiya və Təbii Sərvətlər Nazirliyində “plastik qablardan imtina və alternativlərdən istifadə” mövzusunda iri market nümayəndələri ilə görüş keçirilib.
APA TV-nin xəbərinə görə, Nazirlin Ekosiyasət Şöbəsinin sektor müdiri Mehman Nəbiyev sabahdan birdəfəlik plastik qabların istifadəsinin qadağan olunduğunu, bu qabların satışı ilə məşğul olan şəxslərin isə cərimələnəcəyini bildirib:
Tədbirdə çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev vətəndaşların hər hansısa market şəbəkələrində satışı qadağan olunmuş plastik qablara rast gəldikləri zaman Dövlət Xidmətinin qaynar xəttinə müraciət etmələrini qeyd edib:
İnsan sağlamlığı və ekologiya üçün təhdid sayılan polietilen torbaların da satışının qadağan olunması istiqamətində işlər aparılır. Bütün bu tədbirlərlə yanaşı, vətəndaşlar da sağlamlığa zərərli olan bu cür məhsullardan istifadə etməməyə təşəbbüs göstərməlidirlər.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.