Anım günü bağçalarda da qeyd olunub
30 baxış
Sosial xəbərlər
27 sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ilə əlaqədar Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan bütün bağçalarda tədbir təşkil olunub.
Karantin rejiminin tələblərinə uyğun təşkil olunan tədbirlərdə hərbi geyimli uşaqlar Vətən müharibəsinə, Qalib Azərbaycan Ordusuna, Müzəffər Ali Baş Komandana, şəhidlərimizə həsr edilən şeir və mahnılar, həmçinin səhnəciklərlə çıxış ediblər.
Hər bir bağçada Şanlı Qələbəyə həsr edilən guşə və foto stendlər yaradılıb. Şəhidlərin döyüş fotoları ilə yanaşı azyaşlı uşaqların onlara həsr etdiyi rəsmlər də yer alıb.
Bildirilib ki, bu cür tədbirlərin keçirilməsi uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynayır.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.