AZ
Video yüklə

Ana südü, yoxsa süni qida?

43 baxış Sosial xəbərlər
Qiymətlər 3 manatdan 65 manata qədər dəyişir. Söhbət qablaşdırılmış uşaq qidalarından gedir. Bu barədə zaman-zaman müxtəlif fikirlər səsləndirilir. Bildirilir ki, onların bəzilərinin tərkibində geni modifikasiya olunmuş maddələr var. Həmin qidaların etiketi birmənalı olaraq oxunmalıdır. Əgər qablaşdırılmış qidaların tərkibində soya, soya unu, soya südü varsa, onlardan imtina edilməsi məsləhət görülür. Həkimlər də təsdiqləyirlər ki, uşaqların süni qidalarla bəslənməsi onların orqanizmi üçün təhlükəlidir. Apardığımız araşdırmadan məlum oldu ki, valideynlər övladlarına ana südündən çox, süni qidalar verirlər. Bəs bu qidaların tərkibindən və ya zərərindən onların xəbəri varmı? Mütəxəssislər deyirlər ki, problem təkcə qidaların tərkibi ilə bitmir. Onların dükanlarda saxlanma şəraiti də standartlara cavab vermir. Ona görə də mütəxəssislərin məsləhətinə görə, uşaq heç olmasa 1 yaşa qədər süni qidalarla deyil, ana südü ilə qidalanmalıdır. Elm də sübut edir ki, əgər ana körpəsinə süd verirsə, onun 50 faiz effektini valideyn, 50 faizini isə uşaq görür. Amma təəssüf ki, son illər yanlış olaraq süd verən anaların gözəlliyinin itməsi və görkəminin pozulması ilə bağlı müxtəlif şaiyələr gəzib-dolaşır. Nəticədə də bu gün doğulan uşaqların yalnız 20 faizi ana südü ilə qidalanır, qalan 80 faizi süni tərkibli uşaq yeməkləri qəbul edir. Həkimlər deyirlər ki, analarda süd çatışmazlığı obyektiv səbəblərdən cəmi 2 faiz təşkil edə bilər. Qalan hallarda bu, bəhanələrdir. Anaların övladlarını südlə qidalandırması psixoloji baxımdan da çox vacibdir. Çünki ana ilə təzə doğulan körpə arasındakı mənəvi bağlar yaranır. Ən əsası isə bu, ananı müxtəlif onkoloji xəstəliklərdən, xüsusilə də süd vəzi xərçəngindən qoruyur. Mütəxəssislər təsdiq edirlər ki, bu problem bütün dünyada mövcuddur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır. Çünki bu problemlər insan genefondunun məhv olmasına gətirib çıxara bilər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.