7 yaşlı bu uşaq məşhur gimnast ola bilər
7 baxış
Sosial xəbərlər
Astarada 7 yaşlı qız qeyri-adi bacarığa malikdir. O, çətin gimnastik hərəkətləri çox rahatlıqla yerinə yetirir. Ən maraqlısı odur ki, bu hərəkətləri ona heç kim öyrətməyib.
2010-cu il təvəllüdlü qəhrəmanımız Astaranın Toradi kəndində yaşayan İranə Qüdrətzadədir. Ailənin sonuncu övladı olan İranə yaşadığı kənddə həmyaşıdlarından qeyri-adi bacarığı ilə fərqlənir. Bədəninin elastikliyi ilə diqqətləri üzərinə çəkən bu qızcığaz üç ildir ki, heç kəsin ona öyrətmədiyi gimnastika ilə məşğul olur. Atası Roman Şəmsiyev deyir ki, qızı televiziya kanallarında gimnastlara baxmaqla hərəkətləri öyrənir.
Atası Roman Şəmsiyev: “Bu qız ilə heç bir yerdə məşğul olmamışam. Nə bilirsə onun öz bildiyidir. Gimnastik hərəkətləri sərbəst göstərir.”
Gələcəkdə məşhur gimnast olmağı qarşısına məqsəd qoyan İranə Qüdrətzadə hazırda ev şəraitində məşğul olur. İranənin oxuduğu məktəbdə idman müəllimi işləyən Teymur Haqverdiyev onun istedadlı bir uşaq olduğunu, kənddə onun etdiyi hərəkətləri heç bir uşağın etmədiyini deyir.
İdman müəllimi Teymur Haqverdiyev: “Yaxşı gimnastika müəllimləri bu uşaqla məşğul olsa bu layiqli idmançı olar və Azərbaycanımızın bayrağın yüksəklərə qaldıra bilər.”
Valideynləri də dağ kəndində yaşayan İranənin idmana olan həvəsinin itməməsi üçün bu sahənin müəllimlərindən ona sahib çıxmasını istəyirlər. Onlar qızlarının gəlcəkdə peşəkar gimnast olacağına inanırlar.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.