28 yaşlı Sirəcin köməyinizə ehtiyacı var
22 baxış
Sosial xəbərlər
2 il əvvəl işlədiyi hündürmərtəbəli tikilidən yıxılaraq əlil arabasına məhkum olan 28 yaşlı Pirməmmədov Sirəc Dilqəm oğlunun ayağa durması xeyirsevər insanların edəcəyi yardımdan asılıdır.
Publika.az-a müraciət edən Sirəc bildirib ki, onun sağalması üçün külli miqdarda pul lazımdır.
O, 2019-cu ilin iyul ayında ağır qəza keçirib və boynu sınıb. Bununla da Sirəcin bədəninin əksər hissəsi iflic olub, hər iki ayağını və sol qolunu hiss etmir. Sağ əlini isə müəyyən qədər tərpədə, yemək-içmək ehtiyaclarını qarşılaya bilir.
I qrup əlil olan Sirəc Qazax rayonunun Aslanbəyli kəndində yaşayır. Qəza keçirən gündən bəri ölkəmizdə dəfələrlə həkim müayinələrində olub. Sirəcə müalicəsinin Azərbaycanda mümkün olmadığını bildiriblər. O, ayağa durması üçün xaricdə kök hüceyrə nəqli əməliyyatı olunmalıdır. Bunun üçün isə Sirəc Türkiyəyə və ya İsrailə getməlidir. Türkiyədə baş tutacaq əməliyyat üçün 80 min manat vəsait lazımdır. Əməliyyatı qarşılamaq üçün isə ailənin maddi imkanı yoxdur.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.