AZ
Video yüklə

2 aprelə olan hava ilə bağlı xəbərdarlıq!

98 baxış Sosial xəbərlər
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 2-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.