12188 şəxs məşğulluq proqramına cəlb olunub
12 baxış
Sosial xəbərlər
2021-ci ildən şəhid ailə üzvlərinin kvota ilə işə götürülməsi prosesinə başlanılıb. Bu gün ölkə üzrə kvotanın sayı 66 mindən artıqdır. Kvotanın 80 minə çatdırılması planlaşdırılır. bu ilin ilk 4 ayı ərzində 2500 nəfərə işsizlikdən sığorta təyinatı olub. Bu göstəricinin 10 minin üzərinə çatdırılması nəzərdə tutulub. Böyük qayıdış çərçivəsində azad olunan ərazilərdə işlə təminat məsələsinə baxılır. Qazilərin orada işə cəlbinə xüsusi önəm veriləcək. Qarabağda iş platforması hazırlanır.
Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirdiyi mətbuat konfransında bildirdi.
1 500-dən artıq şəxs peşə təliminə cəlb olunub. İlin sonuna qədər 4000, gələn il üçün 7 000-ə, sonrakı il üçün 10 000-ə çatdırmağı hədəfləyirik. Son üç ildə 1 026 peşə kvalifikasiya standartları hazırlanıb. İlin sonuna 1 500-ə yaxın standartın yekunlaşdırılması nəzərdə tutulub. Mustafa Abbasbəyli bildirdi ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən 1026 peşə üzrə peşə və kvalifikasiya standartının hazırlanması həyata keçirilib. Mustafa Abbasbəyli həmçinin məşğulluq xidmətləri üzrə ximət keyfiyyətinin artırılması məsələsinə də toxundu.
Mustafa Abbasbəyli bildirdi ki, bundan sonrakı mərhələdə peşə hazırlığı və peşə yönümü modulların da tətbiqi həyata keçiriləcək ki, bununla da gənclərin gələcək əmək bazarına düzgün şəkildə hazırlanması təmin olunacaq.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.