Ziya Bünyadovda körpü bağlandı
108 baxış
Son xəbərlər
Ziya Bünyadov prospektində yerləşən yol ötürücüsü təmir-tikinti işləri səbəbi ilə müvəqqəti olaraq bağlanılıb.YPX.AZ xəbər verir ki, Ziya Bünyadov prospekti, üzü Koroğlu metro stansiyası istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişmədə yerləşən yol ötürücüsündə asfalt örtüyünün yenilənməsi səbəbi ilə müvəqqəti olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.Prospektin həmin hissəsindən keçən nəqliyyat vasitələri yol ötürücüsü bağlı olduğu üçün yolun sağ hissəsi ilə ötürücüyə qalxmadan hərəkətini davam etdirirlər. Ölkəmizdə elan olunan karantin səbəbindən yollarda demək olar ki, nəqliyyat vasitələrinin sayında azlıq müşahidə olunur. Ancaq yenə də prospektin həmin hissəsində nəqliyyat axını çox olduğu üçün, təmir işləri yolda sıxlıq yaranmasına səbəb olub.Qeyd edək ki, kəsişmədə yerləşən svetoforun fəaliyyəti dayandırılıb və yolda tıxac yaranmasın deyə YPX inspektorları nəqliyyat vasitələrinin hərəkətini tənzimləyirlər.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.