Zərifə Əliyevanın 99-cu ildönümü qeyd olunub
19 baxış
Son xəbərlər
Görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilən tədbir keçirildi.
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə kollektivləri, şəhid ailələri, qazilər və rayon içtimaiyyəti iştirak etdilər.
Görüşdə gözəl ana, qayğıkeş həyat yoldaşı, xüsusi istedada malik həkim, Zərifə Əliyevanın mənalı ömür yolundan bəhs edən qısa metrajlı film nümayiş olundu.
Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev Zərifə xanımın ideal həkim olmaqla yanaşı, həm də ideal ana olduğunu bildirdi.
Onun Azərbaycan tibb elmindəki uğurlarından və fəaliyyətindən, həmçinin həyat yolundan söz açdı.
Tədbirdə çıxış edən digər şəxslər də Zərifə Əliyevanın Azərbaycan elmi üçün çox böyük və əvəzolunmaz işlər gördüyündən və onun irsinin əbədi yaşayacağını bildirdilər.
Daha sonra görüşün bədii hissəsində tanınmış müğənni, Prezident təqaüdçüsü Amil Həsənoğlu tərəfindən Sevil Əliyevanın müəllifi olduğu “Ana” mahnısı səsləndirildi.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.