Bu video hazırda oynadıla bilmir.
Zelenski Azərbaycandan kömək istədi
587 baxış
Son xəbərlər
Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevdən Rusiyada saxlanılan Ukrayna vətəndaşlarının, ilk növbədə Krım tatarlarının azad edilməsinə köməklik göstərməsini istəyib. Bu barədə Ukrayna prezidentinin dəftərxanasının məlumatında deyilir.
“Bu, bizim üçün prioritetdir. Mən bu problemin həllində göstərdiyiniz köməyə görə minnətdar olardım”, - deyə Ukrayna lideri bildirib.
Oxu24.com xəbər verir ki, Zelenski həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib və iki ölkə arasında ikitərəfli əməkdaşlığın intensivləşdiyini qeyd edib.
Ukrayna dövlətinin başçısı 2022-ci ildə Ukrayna ilə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağını xatırladıb və üç dövlətin prezidentinin iştirakı ilə Kiyevdə sammitin keçirilməsini təklif edib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.