AZ
Video yüklə

Zaqatalada 2 körpə son anda xilas edildi

8 baxış Son xəbərlər
Zaqatalada iki körpə sirkə turşusundan zəhərlənib.



APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Sumaylı kənd sakini, 2018-ci il təvəllüdlü və Yuxarı Tala kənd sakini 2017-ci il təvəllüdlü Ramazan Rafik oğlu Sərkərzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olublar.



Müayinə zamanı aydın olub ki, körpələr sirkə turşusunu içərkən yaşadıqları ünvanlarda nəzarətsiz qalıb. Reanimasiya şöbəsinə yerləşdirilən uşaqlara lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib, müalicələri davam etdirilir.



Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.