“Yuxuda görmüşəm” deyib prezidentin saatını aldı.

  • 20.11.2017
  • 1

Mətbuat konfransı zamanı qırğız jurnalist prezident Almazbek Atambayevdən saatını istəyib. Xarici KİV-lərin yazdığına görə, “De Fakto” qəzetinin baş redaktoru Amantur Musaqulov sual vermək üçün mikrofona yaxınlaşaraq Atambayevə yuxusunu danışıb. Jurnalistin sözlərinə görə, guya yuxuda prezidentin öz saatını ona verdiyini görüb və bu səbəblə Atambayevdən saatını istəyib. Prezident isə zarafatla “Yaxşı ki, şalvarımı istəməmisən” deyərək qolundakı saatı jurnalistə verib. Qeyd edək ki, Atambayevin səlahiyyətləri noyabrın 24-də başa çatır.

Nə düşünürsən?