AZ
Video yüklə
Yüksək vəzifə verilən Leysan Məmmədov kimdir?

Bu video hazırda oynadıla bilmir.

Yüksək vəzifə verilən Leysan Məmmədov kimdir?

800 baxış Son xəbərlər
Binəqədi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2022-ci il tarixli 22 saylı Sərəncamı ilə Leysan Novruz oğlu Məmmədov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdir.

"Ölkə.az" xəbər verir ki, Leysan Novruz oğlu Məmmədov 03.01.1963-cü ildə Tovuz rayonunda anadan olmuşdur.

1970-1980-ci illərdə Tovuz rayonu, Aşağı Quşçu kənd orta məktəbində təhsil almışdır.

1988-ci ildə Azərbaycan Politexnik İnstitutunda mühəndis-mexanik ixtisasını, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2003-cü ildə Ali Diplomatiya Kollecinin Hüquqşünaslıq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1980-ci ildə Bakı Baş Tikinti İdarəsinin Təmir-Tikinti İdarəsində fəhlə kimi başlamış, sonradan həmin idarədə mexanik, usta iş icraçısı, rəis kimi fəaliyyətini davam etdirmiş, 1991-1995-ci illərdə Rayonlararası istehsalat təmir-tikinti trestində rəis, 1995-1996-cı illərdə Bakı Baş Tikinti İdarəsinin “Tikintikonstruksiya” İstehsalat Birliyində baş direktorun tikinti üzrə müavini, 1996-1998-ci illərdə AR Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin Nəzarət Təftiş İdarəsində baş müfəttiş, 1998-2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aparatının Nəzarət şöbəsində əmək müfəttişi, baş əmək müfəttişi, baş məsləhətçi vəzifələrində, 2006-2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam etmişdir.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı ilə, 2014-cü ildə isə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ailəlidir, üç övladı var.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.