Yük maşınından yollarda işıqlı təhlükə
311 baxış
Son xəbərlər
Ölkə yollarında belə avtomobillərə tez-tez rast gəlmək mümkündür. Sürücülər nəqliyyat vasitələrinin arxa duman işıqlarını stop işıqlarına qoşur, led, ksenon işıqlardan istifadə edir, nəqliyyat vasitəsinə sayrışan işıqlar əlavə edir və yollarda bütün bu işıqları qoşaraq sürücüləri çətin vəziyyətə salır, təhlükə yaradırlar. Halbu ki, arxa duman işıqlarını görmə məhdudiyyəti 300 metrdən artıq olan yollarda qoşmağa icazə verilir.YPX.AZ məlumat verir ki, sürücü 90 UR 547 dövlət qeydiyyat nişanlı “KamAZ” markalı avtomobilin arxa hissəsinə saydığımız bütün işıqları qoşdurub, nəqliyyat vasitəsini “Yeni il ağacı” kimi bəzəyərək yollarda idarə edir. Aydın havada və işıqlı yolda bu formada idarə olunan nəqliyyat vasitəsi yolda sürücülər üçün təhlükə yaradır. Çünki, bu kimi işıqlar sürücülərdə ani göz qaralmaları yaradır.Sözügedən nəqliyyat vasitəsinin görüntülərini və bu mövzuda hazıradığımız video materialı sizlərə təqdim edirik:
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.