AZ
Video yüklə

Yola daxil olub, amma xəbəri yoxdur

3 779 baxış Son xəbərlər
Görünən odur ki, sürücünün diqqəti yolda deyil. Əks halda necə ola bilər ki, əsas yoldan gələn avtomobillərin yoluna girəsən, amma bunun fərqində olmayasan. Elə videonu YPX.AZ qaynar xəttinə göndərən sürücü də qeyd edir ki, 15 sentyabr tarixində, Gülarə Qədirbəyova küçəsində onun qarşısını kəsən, lakin bunun fərqində olmayan 99 HZ 329 DQN-lı avtomobilin sürücüsünün diqqəti mobil telefonda olub. Ona görə də yola daxil olduğundan xəbəri olmayıb. Yaxşı ki, videogörüntünü göndərən sürücü öz ehtiyatını saxlayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.