Yol polisi yolda qalan sürücüyə kömək etdi
4 166 baxış
Son xəbərlər
17 sentyabr 09:05 radələrində Ziya Bünyadov prospektində körpünün üstündə sıxlıq müşahidə olunub. Daha sonra məlum olub ki, 99 BS 797 DQN-lı avtomobilin yanacağı qurtardığından o körpünün üzərində hərəkətsiz dayanıb. 99 YP 486 DQN-lı DYP avtomobilində xidmət aparan əməkdaş isə xidməti avtomobili onun arxasında saxlayıb, sayrışan işıqları yandırmaqla onun təhlükəsizliyini təmin edib və sürücünün avtomobilə yanacaq əlavə etməsinə yardımçı olub. Bütün bunlar təsadüfən YPX.AZ əməkdaşının avtomobilində olan videoregistratorun görüntülərinə düşüb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.