AZ
Video yüklə

Yol polisi ilə vətəndaşlar arasında insident

262 baxış Son xəbərlər
Zaqatala rayonunda YPX əməkdaşları ilə vətəndaşlar arasında münaqişə yaşanıb.
YPX.AZ xəbər verir ki, hadisə rayonun Kəpənəkçi kəndi ərazisində baş verib.
Belə ki, 99 YP 583 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan polis əməkdaşları “saxla” əmrinə tabe olmayan “VAZ 2106” markalı avtomobilin sürücüsünü təqib etməyə başlayıblar. Təqib zamanı YPX avtomobili ilə “VAZ” markalı avtomobil toqquşub. Toqquşma nəticəsində avtomobillərə yüngül ziyan dəyib.

Bundan sonra avtomobilin sahibi, sərnişini olduğunu ehtimal etdiyimiz bir xanım və yol polisi əməkdaşları arasında mübahisə yaranıb.

Mübahisə zamanı sürücü və xanım, yol polisi əməkdaşlarının üzərinə hücum edib, nalayiq ifadələr işlədib və YPX avtomobilinə əlləri ilə zərbələr endiriblər. Polisin onları təqib etməməli olduğunu bildirən xanım və sürücü polisləri günahlandırıblar. Polislər isə hər şeyin YPX avtomobilində olan video qeydiyyatçı vasitəsi ilə qeydə alındığını və araşdırılacağını bildiriblər.

Qeyd edək ki, video görüntülərdə polis əməkdaşlarının üzərinə hücum çəkərək onlardan gileylənən xanımın huşunu itirərək polis avtomobilinə söykənməsi də öz əksini tapıb.

Hadisənin görüntülərini olduğu kimi sizlərə təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.