Yevlaxda tutulan şəxs erməni deyil - DİN
37 baxış
Son xəbərlər
Bu gün sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndində erməni milliyyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntü həqiqəti əks etdirmir. Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd edilir ki, kənd sakinləri tərəfindən aşkar edilən şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan, Yevlax şəhər sakini R.Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb.
Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.
Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.