AZ
Video yüklə

Yerevan sakini: Mən İlham Əliyevə səs vermək istəyirəm

545 baxış Son xəbərlər
Yerevan küçələrində keçirilmiş sorğu çərçivəsində bir nəfər Azərbaycan Prezidenti İlham Əliyevə səs verməyə hazır olduğunu bəyan edib.

Virtualaz.org bildirir ki, bu barədə "Vestnik Kavkaza" xəbər yayıb.

Belə ki, “Bu gün Ermənistanda prezident seçkiləri keçirilsəydi kimə səs verərdiniz?” sualına cavab olaraq həmin şəxs "Yalnız Əliyev" deyib.

Ermənistan vətəndaşı öz seçimini ölkədəki vəziyyətlə izah edib.

"Görmürsünüz, rəhbərlik – istər əvvəlki, istərsə də bugünkü, - bizi hara gətirib çıxardı? Onları yandırmaq və zibilə atmaq lazımdır", - deyə respondent əlavə edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.