YAP nümayəndə heyəti Trabzondadır
2 baxış
Son xəbərlər
Trabzon Böyükşəhər Bələdiyyəsində Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti ilə görüş baş tutub.
Görüşdə iki dövlət arasında, həmçinin YAP və AK Parti arasındakı münasibətlər barədə geniş müzakirələr aparılıb.
Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Murad Zorluoğlu Azərbaycan nümayəndə heyətini salamlayaraq iki ölkə arasındakı dostluq-qardaşlıq bağlarından danışıb.
Qeyd edib ki, Azərbaycanın yeri Türkiyədə xüsusən Trabzonda başqadır. Özəlliklə İkinci Qarabağ müharibəsi zamanı Trabzonda tamamilə ayrı ab-hava var idi. “Bir millət, iki dövlət” anlayışı məhz həmin dönəmdə ən yüksək səviyyədə hiss edilib. Bələdiyyə sədri həmçinin deyib ki, Trabzonla Azərbaycan şəhərləri arasında irəliləyən zamanda daha sıx əlaqələrin olacaq.
Azərbaycan nümayəndə heyətinin sədri deputat Tahir Rzayev Türkiyəyə, Trabzona gəlişlərinin bir neçə bayramla üst-üstə düşdüyünü vurğulayıb. Bildirib ki, səfər Ramazan bayramı, Türkiyə Cümhuriyyətinin 100 illiyi, həmçinin Ulu Öndər Heydər Əliyevin yubileyi ilə eyni vaxta təsadüf edir.
Görüş zamanı Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova Ulu Öndər Heydər Əliyevlə bağlı elmi-tədqiqat işlərinin bir qisminin toplandığı kitabları Trabzon Böyükşəhər Bələdiyyə sədrinə hədiyyə edərək, Türkiyə ilə qardaşlıq münasibətlərinə verilən qiymətdən danışıb.
Milli Məclisin deputatı Şahin İsmayılov Azərbaycan-Türkiyə arasındakı münasibətin siyasi deyil, sırf qardaşlıq kökünün olduğunu xüsusilə vurğulayıb.
Milli Məclisin deputatı Nizami Cəfərov isə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələr üzrə inkişaf etdiyini və bunun xalqlar arasındakı qardaşlıq əlaqələrinə töhfə verdiyini qeyd edib.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Türkiyədə baş vermiş zəlzələ və onun faciəvi tərəflərinin Azərbaycan xalqını dərindən sarsıtdığını diqqətə çatdırıb.
Çıxışlardan sonra müzakirələr davam etdirilib.
Sonda bələdiyyə sədri nümayəndə heyətinə xatirə hədiyyələri təqdim edib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.