Azərbaycanda xəstəlikdən azad zonalar yaradılacaq.
Xezerxeber.az-ın məlumatına görə, bu zonalarda olan bütün heyvanların qeydiyyatı aparılacaq və onların doğumdan ölümə qədər olan proseslərə nəzarət ediləcək.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yeniliyin məqsədinin insanları təhlükəsiz qida ilə təmin etmək olduğunu bildirib. Pilot layihə kimi isə ilk olaraq Abşeron yarımdasında bu yenilik tətbiq ediləcək. Daha sonra layihənin bütün Azərbaycanı əhatə etməsi nəzərdə tutulur. Bu prinsipin tətbiqi üçün 3-cü dərəcəli biotəhlükəsizlik göstəricisinə malik olan səyyar laboratoriyalardan istifadə ediləcək. Bu laboratoriyalar ən təhlükəli xəstəliklərin qısa zamanda qarşısının alınmasında effektivdir.
Qoşqar Təhməzli onu da bildirib ki, yay mövsümündə dondurmalar və digər qidalarda daha effektiv yoxlama aparmaq üçün tədbirlər planı həyata keçiriləcək.
Turizm Agentliyi ilə birlikdə istirahət mərkəzlərində də tədbirlər icra ediləcək.