AZ
Video yüklə

Xarkovda universitet və yaşayış binaları atəşə tutuldu

5 455 baxış Son xəbərlər
Xarkovda Rusiya Ordusunun atəşə tutması nəticəsində universitet və yaşayış binalarına zərər dəyib.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, yerli vaxtla saat 08:40 (Bakı vaxtı ilə 10:40) radələrində baş verən hadisə nəticəsində bir nəfər həlak olub, 11 nəfər yaralanıb, 1 nəfər dağıntılar altında qalıb.

Dövlət İdarəçilik Akademiyasının altımərtəbəli tədris binasına ciddi ziyan dəyib. Yaxınlıqdakı iki binada başlayan yanğın isə artıq söndürülüb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.