AZ
Video yüklə

Xarici jurnalistlər Şuşaya səfər edib

19 baxış Son xəbərlər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun mətbuat attaşelərinin Şuşaya səfəri baş tutub. Səfərdə eyni zamanda ölkəmizdə fəaliyyət göstərən aparıcı xarici media agentliklərinin nümayəndələri də iştirak edib. Qonaqlara Şuşanın həm işğal illərində Ermənistan tərəfindən həyata keçirilən qeyri qanuni fəaliyyətin nəticələri və şəhərdə aparılan bərpa quruculuq işləri, ümumilikdə Şuşanın tarixi ilə bağlı ətraflı məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, Qala divarlarını, Gəncə qapısı, Bakıdan Şuşaya gətirilən, Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, Bülbülün ev muzeyini, o cümlədən ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələri, inzibati və yaşayış binalarını ziyarət ediblər.

Qonaqlar həmçinin şəhərdə fəaliyyət göstərən çörək zavoduna baş çəkərək orada istehsal prosesində iştirak edib, nəfis Şuşa çörəyinin dadına baxıblar.

Səfərin sonunda Azərbaycanın xalq mahnılarından ibarət musiqi nömrələri qonaqlara təqdim edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.