AZ
Video yüklə

Xarici diplomatlar Ağdama səfər etdi

54 baxış Son xəbərlər
Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, ölkəmizə qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda səfər ediblər.

Xarici diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib. Diplomatlar işğal dövründə Ermənilərin Ağdamda törətdikləri dağıntılar və hazırda Ağdamda aparılan quruculuq işləri ilə tanış olublar. Əvvəlcə Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksi ziyarət edilib. Cümə məscidinə baş çəkən diplomatlara ermənilərin işğal dövründə məsciddə törətdikləri vandallıq barədə məlumat verilib. Onlara Ağdam Dram Teatrının qalıqları da nümayiş etdirilib. Onlara Ağdam Dram Teatrının qalıqları da nümayiş etdirilib.

Diplomatik korpusun nümayəndələri Şahbulaq qalasını da ziyarət ediblər. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov diplomatlara Şahbulaq qalasının tarixi və erməni vandalizmi barədə məlumat verib. Xarici diplomatlar Qiyaslı kənd məscidinə də baş çəkiblər.

Eyni zamanda diplomatlar Ağdam şəhərinin Baş Plan əsasında yenidən qurulacağı barədə məlumatlandırılıblar.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.